British Broadcasting Corporation BBC – nin verdiyi məlumata görə Londonda Avropanın ən böyük pulsuz və limitsiz wi-fi zonası istifadəyə veriləcək.


Artıq martda istifadəyə verilməsi nəzərdə tutulan “küçə rabitəsi” Londonun : Westminster, Kensington və Chelsea şəhərlərində istifadəyə veriləcək. Bu xidmət mobil əlaqələr üzrə operator olan "О2" tərəfindən gerçəkləşdirilir.


Şirkətin rəhbəri Derrick McManusun verdiyi məlumata görə bu xidmətdən istifadə etmək üçün insanların bir qəpik belə olsa, xərcləri çıxmayacaq və bu qurğuları quraşdırmaq üçün şəhərdə də heç bir artıq xərcə ehtiyac yoxdur, wi-fi aktivləşdirmək üçün lazım olan avadanlıqlar artıq mövcud olan "infrastruktur" – işıq stolbalarına və s. quraşdırılacaq.


McManusun bildirdiyinə görə: “ Bu yeni layihə bizə Londonda keçirilən 2012 Olimpiyadası zamanı Londonu yüksək keyfiyyətli rabitə ilə təmin etməyə imkan verəcək "


Artıq yanvar ayında quraşdırılması nəzərdə tutulan yeni sistemin köməkliyi ilə burada yaşayan yerli əhali və turistlər “Londonun təklif etdiyindən maksimum istifadə edə biləcəklər” - deyə “O2” – nin mətbuat katibi bildirib.