Google tablet 7 düymlük displey ilə təchiz ediləcək və onun qiyməti 199 $-dan çox olmayacaq. O, Amazon Kindle Fire-ə rəqib ola bilər, lakin Apple iPad–a rəqib ola bilməyəcəyi görünür.
DigiTimes Eric Şmitin yarım il ərzində istifadəyə verməyi planlaşdırğı Google Nexus Tabletlərinin bəzi detalları haqqında məlumat verib. Verilən məlumatlara görə bu planşetlər Android 4.0 Ice Cream Sandwich sistemi əsasında işləyəcək, qiyməti isə 199$ olacaqdır ki, bu da mart, aprel aylarında satışının gerçəkləşəcəyi “Kindle Fire”ın qiymətinə uyğundur.
Dekabrın sonlarında “Google”un keçmiş CEO–su, indiki idarə heyətinin sədri Erik Şmit Italian qəzeti olan “Corriere della Sera”da yeni Android planşetlərin rahatlıqla iPad-ə çata bilməyəcəyini söyləyən kritiklərə cavab olaraq bildrimişdir ki, yarım il ərzində şirkət "yüksək keyfiyyətli" planşetləri istifadəyə verməyi planlaşdırır. Müsahibə sırasında Şmit bildirmişdir ki, onlar iPad-lə rəqabətə və mübahisəyə hazırdırlar. Bu isə DigiTimes – ın yeni tabletlərə rəqib kimi göstərdiyi Kindle Fire planşetləri haqqında xəbərinə uyğun gəlmir.
Belə ki, “Kindle Fire”la rəqib olmaq üçün yalnız aşağı qiymət kifayət deyil. Bunun üçün Amazon və iPad-in etmədiyi cihaz terminalı kimi qapı rolunu oynaya biləcək məzmunda bir geniş kitabxana olmalıdır. Google artıq bu istiqamətdə bir sıra addımlar atıb. Belə ki, 2010-cu ilin dekabr ayında kitab və ötən ilin noyabr ayında musiqi evi açılmışdır.
Bunu da qeyt etmək lazımdır ki, yeni tabletlərin bazarda yaxşı satılması və rəqiblərinə üstün gəlməsi üçün olan qiyməti, yəni 199 $ istehsalçıları gəlirin yarısından məhrum edir.
Analitiklərin dediklərinə görə, Google planşetləri sərtləşmiş bazarda rəqabətə hazırdırlar, lakin ən böyükk rəqabət Android ekosistemi daxilində olacaqdır:
Google ən çox əsası Android olan “Kindle Fire”la rəqabət aparmağı planlaşdırır. Öz növbəsində “Google”un ekosistemdə ortaqları olan və digər planşetlər istehsal edən şirkətlər bazarda Nexus Tablet-lə rəqabət aparmağa hazırdırlar. Bunlar hamısı Androidin inkişaf tempinə müsbət təsir edən amillər olacaq.