“Facemark” və “FutureBright Group” şirkətlərinin birgə təşkilatçılığı ilə 23 iyun tarixində “The Ritz-Carlton”da keçiriləcək “Biznes Liderləri Zirvəsi” biznes dünyasının aparıcı nümayəndələrini, sahibkarları, rəhbərləri və müxtəlif sahələr üzrə peşəkarları bir araya gətirəcək.


300-dən çox iştirakçının qatılacağı zirvə biznes, liderlik, innovasiya və gələcəyin idarəetmə yanaşmaları ətrafında fikir mübadiləsi, yeni əməkdaşlıqlar və inkişaf imkanları üçün önəmli platforma olacaq.


Zirvənin akademik sponsorları “Sabancı University” və “Sabancı University Executive Development Unit” (EDU), dəstəkçisi isə “Markup Agency”sidir. Akademik tərəfdaşlıq çərçivəsində tədbirdə liderlik, idarəetmə və müasir biznes yanaşmalarına dair beynəlxalq təcrübələrin paylaşılması nəzərdə tutulur.


Tədbirin konsept mesajı olaraq müəyyən edilən “Qarada Qırmızı” biznes dünyasında ilk baxışda görünməyən riskləri, gizli imkanları və dəyişən reallıqları ifadə edir. Müasir dövrdə biznes yalnız rəqəmlər, hesabatlar və görünən nəticələrlə ölçülmür. Əsl liderlik görünməyəni görmək, riskləri vaxtında müəyyən etmək və dəyişiklikləri əvvəlcədən hiss edə bilməkdir. Bu konsept biznes dünyasında strateji düşüncənin, uzaqgörənliyin və dəyişikliklərə adaptasiyanın vacibliyini ön plana çıxarır.


23 iyun tarixində baş tutacaq zirvə biznes dünyasının aparıcı nümayəndələrini bir araya gətirərək dəyişən dövrün tələblərinə uyğun düşüncə, strategiya və liderlik baxışlarını eyni platformada birləşdirəcək. Çünki gələcəyi dəyişənlər, onu əvvəlcədən görə bilənlərdir.


Zirvədə iştirakla bağlı biletləri əldə etmək istəyən şəxslər blz.az saytına daxil olaraq əldə edə bilərlər.


Dəyişən biznes dünyasını daha yaxından anlamaq, yeni imkanlar yaratmaq və gələcəyin liderləri ilə eyni platformada olmaq üçün siz də Biznes Liderləri Zirvəsində yerinizi alın.