“Facemark” və “Mutfakçı” şirkətlərinin birgə təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, innovativ şirkətlərini və peşəkar icmasını bir araya gətirən İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu keçirilib.
İnteryer İnşaat Memarlıq Mebel Forumu bu il 2-ci dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan Facemark şirkəti və keyfiyyətli məhsul və xidmətləri ilə tanınan, müasir dizayn və funksionallığı bir araya gətirən Muftakçı şirkətinin təşkilatçılığı ilə keçirilib.
Tədbir Gobustone şirkətinin panel sponsorluğu, Spark Beton şirkətinin sponsorluğu və Markup Agency şirkətinin dəstəyilə keçirilib.
Tədbir Facemark şirkətinin təsisçisi Rafiq Hunaltayın açılış nitqi etməsi ilə açıq elan olunub. Daha sonra peşəkar moderator və spikerlərin iştirakı ilə panel müzakirələri formatında davam edib.
I Panel – “İnşaatda yeni baxışlar”
Moderator - İlkin Manafov - Mutfakçı şirkətinin təsisçisi
Spiker - Bahadır Akan - Spark MMC-nin Kommersiya Direktoru
Spiker - Sənan Orucov - Azmade Group Qrup Marketinq Rəhbəri
Spiker - Yeganə Abdullayeva - YEKACO Memarlıq və Layihələndirmə şirkətinin təsisçisi
Spiker - Gülər Əmirahova - Flax project MMC-nin təsisçi və direktoru
Spiker - Meybulla Babayev – FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintinin təşkili və təhlükəsizliyi işlərinə nəzarət şöbəsinin müdiri
Spiker - Pərviz Vəliyev Crystal Group of Companies ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri
Panel zamanı spikerlər inşaat sektorunda yeni yanaşmalar, təhlükəsizlik, memarlıq və layihələndirmə istiqamətləri barədə fikirlərini bölüşüblər.
II Panel – “Dəyər qazanan əmlaklar”
Moderator - İlkin Manafov - Mutfakçı şirkətinin təsisçisi
Spiker Aysun Ağayeva - Studiodesign.interiors dizayn ofisinin direktoru
Spiker - Firdovsi Xəlilov - Opera Group MMC-nin təsisçisi
Spiker - İlham Allahverdiyev - Facility Management Group direktoru
Spiker - Emre Akkiraz - Akkiraz Interiors Memar
Spiker - Şəfiqə Zeynalova - Memar və interyer dizayner
Spiker - Məsumə Hüseynova - Le Corbi Design Studio Təsisçisi
Müzakirələr zamanı spikerlər daşınmaz əmlakın dəyərinin formalaşması, interyer həlləri və funksional məkanların yaradılması mövzusunda çıxış ediblər.
III Panel – “Açar təslim” Mebel və İnteryer
Moderator - İlkin Manafov - Mutfakçı şirkətinin təsisçisi
Spiker - Nicat Əlizadə - Regionlarla iş şöbəsinin müdiri
Spiker - Arzu Quliyeva - Arzudesignstudio Təsisçi və direktor
Spiker - Könül Məmmədzadə - İnteryer dizayner
Spiker - Qabil Qasımov - GStone Təsisçi
Spiker - Zabikə Yasaxova - Mutfakçı Azərbaycan Qrup rəhbəri
Panel spikerləri mebel və interyer sahəsində müasir tendensiyalar, estetik yanaşmalar və “açar təslim” layihələrin idarə olunması barədə təcrübələrini bölüşüblər.