Qrenlandiyanın şimalında temperatur son 1000 ilin ən yüksək səviyyəsinə çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “Nature” jurnalında dərc olunan məqalədə Qrenlandiyanın şimal hissəsində temperaturun 20-ci əsrlə müqayisədə 1,5 dərəcə Selsi (2,7 Fahrenheit) artdığı və termometrlərin son 1000 ilin ən yüksək temperaturunu ölçdüyü bildirilib. Alimlər buz təbəqələrindən və buz nüvələrindən nümunələri tədqiq edərək müəyyən ediblər ki, temperatur 1995-ci ildən bəri sürətlə artıb.


Danimarka Meteorologiya İnstitutunun əməkdaşı Jason Box, "Şimali Qrenlandiyanın istiləşməsindən çox narahat olmalıyıq, çünki bu ərazidə böyük buzlaqlar və buz axınları var", - deyə qeyd edib.