Edilən açıqlamalara görə, 2030-cu illərdə sınaq mərhələsini tamamlayacaq sərnişin təyyarəsi yanacağa ən az 30 faiz qənaət edəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, NASA bu müqavilə çərçivəsində 7 il ərzində 450 milyon dollar sərmayə qoyacaq. Boeing və şirkətin biznes tərəfdaşları yeni nəsil sərnişin təyyarələrinə ən azı 300 milyon dollar xərcləyəcəklər.
Rəsmi açıqlamalarda, yeni nəsil sərnişin təyyarələri üçün sınaq işlərinin 2030-cu illərdə tamamlanmasının hədəfləndiyi bildirilib.