Dünyanın ən böyük avtomobil istehsalçısı Toyota, noyabr ayında istehsalının yüzdə 1,5 artaraq 833 min 104 avtomobilə çatdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın 1 nömrəli avtomobil istehsalçısı olan Toyota, çip böhranına baxmayaraq, keçən ay istehsalda rekord qırdığını açıqlayıb.


Toyota-nın rəqibləri olan Nissan və Honda-nın istehsalında isə vəziyyət fərqli olub. Nissan Motor Co.noyabr ayında qlobal istehsalın əvvəlki ilə nisbətən yüzdə 23 azalaraq 248 min 961 ədəd, satışların isə yüzdə 26 azaldığını ifadə edib. Honda Motor Co.-nun qlobal istehsalı da keçən ay 12 faiz azalaraq 325 996 ədəd olub.