FAW ilə əməkdaşlıq çərçivəsində Çində fəaliyyət göstərən Volkswagen zavodlarında istehsal dünən bərpa edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çenqdudakı fabrikdə istehsal artan koronavirus hadisələri və hissələrin tədarükü ilə bağlı problemlər səbəbindən noyabrın 21-də dayandırılıb.
İstehsalın dayandırıldığı Çençundakı fabrik də dünəndən fəaliyyətini bərpa edib.
Volkswagen sözçüsü açıqlamasında hər iki fabrikdə istehsalın normallaşdığını bildirib.