Oktyabrda ölkə ÜDM-i ilə bağlı açıqlanan ilk məlumatlarda ilin üçüncü rübündə iqtisadiyyatın 2,6 faiz, noyabrda dərc olunan ikinci qiymətləndirmələrdə isə 2,9 faiz artdığı qeyd edilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ iqtisadiyyatı bu ilin birinci rübündə 1,6 faiz, ikinci rübündə isə 0,6 faiz azalıb. Ardıcıl iki rübdə azalma tənəzzüllə bağlı narahatlıqları artırıb.


Üçüncü rübdə ABŞ iqtisadiyyatının böyüməsində; İxracın, istehlak xərclərinin, qeyri-yaşayış sahələrinə sabit investisiyaların, federal hökumətin xərclərinin, əyalət və yerli hökumətlərin xərclərinin artması təsir etmişdir. Eyni dövrdə yaşayış əsaslı investisiyalarda və özəl səhm investisiyalarında azalma qeydə alınıb. Bu dövrdə idxal da azalıb.