Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, noyabrda inflyasiya Avro zonasında 10,1 faiz, Aİ-də isə 11,1 faiz təşkil edib. Oktyabr ayı ilə müqayisədə 16 üzv ölkədə illik inflyasiya aşağı düşüb, 3-də sabit qalıb, səkkizdə isə artıb.


Avro Bölgəsində oktyabrda yüzdə 10,6 olan inflyasiya noyabrda yüzdə 10,1-ə düşüb. Bir il əvvəl qeydə alınan nisbət 4,9 faiz idi. Digər tərəfdən, Aİ-də illik inflyasiya oktyabrda 11,5 faizdən noyabrda 11,1 faizə enib.