"OPEC" qlobal neft hasilatının noyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 43 min barel artaraq təxminən 101 milyon 500 min barrelə çatdığını bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "OPEC"in aylıq neft bazarı hesabatına görə, qrupun gündəlik xam neft hasilatı noyabr ayında əvvəlki ayla müqayisədə 744 min barrel azalaraq 28 milyon 830 min barel olub. "OPEC"in qlobal neft hasilatındakı payı 28,4 faiz olaraq qeydə alınıb.


Bu dövrdə "OPEC"də xam neft hasilatı ən çox Nigeriyada artıb. Xam neft hasilatının ən çox azaldığı ölkə Səudiyyə Ərəbistanı olub.