Amerika texnologiya nəhəngi "Apple"ın əməliyyat sistemi "iOS"un istifadə rəqəmləri açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple"ın ən son əməliyyat sistemi versiyası olan "iOS 16" bütün zamanların ən yaxşı debütlərindən birinə sahib olub. Yalnız sentyabr ayında istifadəyə verilsə də, artıq demək olar ki, 69% istifadə nisbətinə çatan versiya, ən böyük rəqibi olan "Android"ə çox aydın mesaj göndərir.


"iOS 15" versiyasının istifadə nisbətinə baxdığımızda bu versiyanı istifadə edənlərin bütün "iPhone" istifadəçilərinin 25%-ni təşkil etdiyini görürük.