Transneft Ukraynanın Rusiya neftinin bu ölkə vasitəsilə Macarıstana daşınmasını dayandırdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiyanın neft boru kəməri operatoru Transneft-in verdiyi açıqlamada Ukrayna ərazisindən Macarıstan istiqamətində neft daşıyan Drujba xəttində daşımaların dayandırıldığı bildirilib. Açıqlamada qeyd olunub ki, Ukrayna tərəfi “Transneft”ə xətdə gərginliyin azalması səbəbindən daşımaları dayandırdığını bildirib.