Oktyabr ayında Avropada avtomobil satışları tədarük zənciri problemlərinin səngiməsi nəticəsində 14 faiz artaraq 910 753 avtomobilə çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iqtisadi şəraitin pisləşməsinin alıcıları uzaqlaşdırmağa başlaması ilə bağlı artan narahatlıqlara baxmayaraq, Avropada avtomobil satışları oktyabr ayında artıb. "Avropa Avtomobil İstehsalçıları Assosiasiyası" bildirib ki, oktyabrda yeni avtomobillərin qeydiyyatı 14 faiz artaraq 910 753 avtomobil olub. Sektor 12 aylıq ardıcıl enişdən sonra avqust ayında yüksəlişdə idi.