Oyun tərtibatçısı "Popcore"u satın alan "Rollic"in baş direktoru Burak Vardal, satın almanın mobil oyun sənayesinin gələcəyini formalaşdıracağını söylədi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, satınalmanın maliyyə şərtləri açıqlanmayıb. Dünyanın ən çox yüklənən oyunlarından biri olan Parking Jam 3D-nin yaradıcısı Popcore puzzle janrında liderdir. Oyunları 500 milyon dəfədən çox yüklənən Popcore Almaniyanın ən böyük oyun şirkətləri arasındadır. Şirkət 150-dən çox işçisi ilə pulsuz oyunlar hazırlayır.