Artan inflyasiya fonunda azalan istehlak tələbi səbəbiylə ABŞ və Avro Bölgəsi iqtisadiyyatlarının qarşıdakı dövrdə tənəzzülə girməsinin gözləndiyi bildirilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings, qarşıdakı dövrdə ABŞ və Avro Bölgəsi iqtisadiyyatları üçün tənəzzülün gözlənildiyini açıqlayıb. Avro Bölgəsində tənəzzülün bu il ABŞ-dan daha erkən başlamasının və təbii qaz böhranının enerji qiymətlərindəki dəyişkənliyi artırması səbəbiylə daha ciddi şəkildə yaşanmasının gözlənildiyi bildirilib.