"Disney"in keçmiş baş direktoru Bob İger 2020-ci ilin əvvəlində tərk etdiyi vəzifəsinə qayıdır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,şirkətin səhmlərinin qiyməti kəskin şəkildə aşağı düşdükcə və Disney+ itkilərə məruz qalmağa davam etdikcə, İger təlatümlü dövrləri idarə etmək üçün media nəhəngi tərəfindən geri gətirilib. Şirkət CEO "Bob Çapeki" Bob İgerlə əvəzlədiyini elan etdikdən sonra Disney səhmləri sürətlə artıb.