Qərbi Afrika ölkəsi Qana, valyuta bahalaşmasının yaratdığı inflyasiyanın qarşısını almaq üçün neft məhsullarını qızılla alacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Qana vitse-prezidenti Mahamudu Bawumia, Facebook hesabında verdiyi açıqlamada, yerli valyuta sedisinin ucuzlaşmasına və yaşayış dəyərinə səbəb olduğu üçün neft alışları üçün yeni bir siyasət üzərində çalışdıqlarını söyləyib. Neft idxalçılarının valyuta tələbatının onları çətin vəziyyətə saldığını bildirən Bavumia, neftin dollar əvəzinə qızılla dəyişdirilməsinin tədiyyə balansını kökündən dəyişdirəcəyini bildirib.