ABŞ tənzimləyiciləri milli təhlükəsizlik təhdidinə görə "Huawei" və "ZTE" kimi bəzi Çin şirkətlərindən avadanlıq alınmasını qadağan edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "ABŞ Federal Rabitə Komissiyası" təhlükəsizlik təhdidlərini əsas gətirərək "Huawei", "ZTE" və "Hytera" kimi bəzi şirkətlərdən avadanlıqların alışını və satışını dayandırdığını açıqlayıb. "FCC"nin mövzu ilə bağlı verdiyi açıqlamada, yeni siyasət addımının "kommunikasiya şəbəkələrini qorumaq və ölkənin milli təhlükəsizliyini gücləndirmək" üçün atıldığı bildirilib.