"Avropa İttifaqı", "Twitter"in yeni sahibi Elon Muska xəbərdarlıq edib ki, onun platforması İttifaqın dezinformasiya qaydalarına uyğun olmalıdır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa İttifaqının Daxili Bazar Komissiyası"nın üzvü Thierry Breton Musk ilə görüşdən sonra yazılı açıqlama verib. Elon Muskın "Twitter 2.0"ı "AB Rəqəmsal Xidmətlər Aktı" ilə uyğunlaşdırmaq niyyətini alqışladığını bildirən Breton, Maskın "Aİ"nin müvafiq qanunvericiliyini diqqətlə oxuduğunu və onun bütün dünyada tətbiqini məqsədəuyğun hesab etdiyini bildirib.