"Çin Xarici İşlər Nazirliyi"nin sözçüsü Cao Licien, "ABŞ"ın Suriyadan qaçaqmalçılıq yolu ilə neft və taxıl daşıdığını və bunun bu günə qədər 100 milyard dollardan çox resurs itkisi ilə nəticələndiyini iddia edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Cao Licien, Pekində keçirdiyi gündəlik mətbuat konfransında ABŞ ordusunun dekabrın 1-də Suriyanın şimalından 54 neft yüklü tankeri Şimali İraqdakı bazalarına köçürdüyü iddiasına münasibət bildirib. Cao bildirib ki, Suriya rejiminin rəsmi məlumatlarına görə, "ABŞ"ın qaçaqmalçılıq fəaliyyəti ölkədə vətəndaş müharibəsinin başladığı 2011-ci ildən 2022-ci ilin birinci yarısına qədər 100 milyard dollardan çox itki verib.