Əmanətin müddətinin nə qədər uzadıldığı barədə məlumat verilməyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Pakistan iqtisadiyyatına dəstək məqsədi daşıyan Səudiyyə Ərəbistanının uzatma qərarı Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə qəbul edilib. Digər tərəfdən, Pakistanın baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanının qərarından məmnunluğunu ifadə edərək, bu qərarın ölkə iqtisadiyyatının güclənməsinə və yaxşılaşmasına töhfə verəcəyini bildirib.


Şərif, Kral Salman və vəliəhd şahzadə Bin Salmana təşəkkürünü çatdırıb.