Rəqəmsal reklamın gücünü arxasına almaq istəyən internet nəhəngi "Yahoo", bu satınalma ilə "Taboola"dan rəqəmsal reklam işində 30 illik xidmət alacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Yahoo"nun strateji tərəfdaşlığa dair prezidenti və baş direktoru Ceyms Lanzone verdiyi açıqlamada, “Rəqəmsal reklamın gələcəyinə çox inanırıq. "Taboola" ilə əməkdaşlıq "Yahoo"ya yerli təklifləri daha da inkişaf etdirməyə imkan verir. Bu əməkdaşlıq həm də "Yahoo" və "Taboola"ya bazarda fərqlənməyə davam etməyə imkan verir.” deyib.
"Taboola" hazırda 9000 nəşriyyatla əməkdaşlıq edir və hər gün 500 milyon istifadəçiyə çatır.