"Apple" şirkəti pulsuz və ödənişli kateqoriyalar üzrə ən çox yüklənən proqram və oyunları əhatə edən "App Store Mükafat"larının qaliblərini elan edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple" indi pulsuz və ödənişli kateqoriyalar üzrə ən çox yüklənən proqram və oyunları əhatə edən "App Store Mükafat"larının qaliblərini elan edib. "BeReal" ilin "iPhone" proqramı seçilib. İlin "iPad" proqramı "GoodNotes 5", ilin Mac proqramı isə "Synium MacFamilyTree" 10 olub. İlin "Apple TV" proqramı "TelevisaUnivision Interactive", ilin "Apple Watch" proqramı isə "Gentler Streak" olub.
Oyunlara gəldikdə, ilin "iPhone" oyunu "Apex Legends Mobile", ilin "iPad" oyunu "XD Network Inc"dən "Moncage" olub.