Nigeriya qızılın, qiymətli daşların və digər metalların daxili emalı üçün tikilmiş altı obyektin tamamlanmaq üzrə olduğunu bildirdi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Nigeriya nazirinin verdiyi açıqlamada, ölkədəki mineral ehtiyatlardan daha çox faydalanmaq üçün müxtəlif bölgələrdə 6 obyektin qurulduğunu bildirib. Hökumətin qızıl, qiymətli daşlar və digər mineral ehtiyatları emal etməyə başladığını bildirən Adegbite, "Bundan əvvəl qızılımız xam formada emal olunmaq üçün xaricə ixrac edilirdi və biz onu baha alırdıq. İndi biz bunu edəcək insanlar yetişdirmişik" deyib.
Adegbite, atılan addımın ölkənin mineral ehtiyatlarına dəyər qatacağını və nigeriyalılar üçün məşğulluq və rifahın yaradılmasına töhfə verəcəyini bildirib.