Almaniya və Fransa enerji sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzalayıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Şolz və Borne iki ölkə arasında enerji sahəsində həmrəylik üzrə əməkdaşlığı gücləndirmək üçün burada birgə bəyanat imzalayıblar. Rusiya-Ukrayna müharibəsinin misli görünməmiş qlobal enerji böhranına səbəb olduğu vurğulanaraq, qaz təchizatında Rusiyadan 40 faiz asılı olan "Aİ"nin bu böhranda daha həssas olduğu bildirilib. Açıqlamada enerji böhranı ilə mübarizədə "Aİ" ölkələrinin həmrəyliyi və Avropa səviyyəsində reaksiyaların müsbət qarşılandığı bildirilib.


Berlin və Parisin enerji sahəsində həmrəyliyi artıracağı vurğulanıb.