"Skytech", imza mərasimi ilə "Hyundai"nin TV qrupunda 5 ölkədə istehsal, satış, marketinq və paylama hüquqlarını əldə etdiyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Skytech", "Hyundai" markası ilə istehsal edilən televizorları 3 il müddətində Türkiyə, Bosniya-Herseqovina, Bolqarıstan, Serbiya və Xorvatiyaya satacaq. Əməkdaşlığa uyğun olaraq 20 milyon dollarlıq istehsal sərmayəsi edən "Skytech", 2024-cü ilə qədər təxminən 10 milyon dollarlıq əlavə investisiya edəcək.


Qlobal satış şəbəkəsi qurmağı və Avropada anbarlar açmağı planlaşdıran "Skytech", eyni zamanda "Hyundai"in dünyada televiziya texnologiyaları sahəsində ən böyük təchizatçısı olmağı hədəfləyir.