Wickremesinghe qeyd edib ki, onlar vergilərdən gəlirlərin 8,5 milyard dollara çatacağını gözləyirlər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Şri-Lanka Prezidenti Ranil Wickremesinqhe, ölkəsinin indiyə qədər üzləşdiyi ən pis iqtisadi böhrandan çıxmasına kömək etmək üçün vergi gəlirlərini ikiqat artırmağı təklif edib. İllik büdcəni parlamentə təqdim edən Ranil Wickremesinqhe ölkəsindəki iqtisadi geriləməni dövlət gəlirlərinin azalması ilə əlaqələndirib və qeyd olunan gəlirlərin artırılmasının lazım olduğunu bildirib. Wickremesinghe, vergi islahatlarının 2023-cü ildə və ondan sonrakı illərdə gəlirləri artırmağa kömək edəcəyini və gələcəkdə dövlət xərclərinin ödənilməsinə daha çox töhfə verəcəyini bildirib.