"İqtisadi Ekspertlər Şurası" enerji böhranı səbəbindən Almaniya iqtisadiyyatının gələn il 0,2% daralacağını proqnozlaşdırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iqtisadiyyat professorlarından ibarət "SVR", Almaniya iqtisadiyyatına dair illik hesabatını dərc edib. Hesabatında Almaniya hökumətinə maliyyə siyasətini təyin edərkən rəhbərlik edən beş nəfərdən ibarət idarə heyəti, enerji böhranı səbəbiylə gələn il iqtisadiyyatın 0,2 faiz azalacağını proqnozlaşdırarkən, bu il iqtisadiyyatın yüzdə 1,7 böyüməsini gözlədiyini bildirib.
Enerji böhranı və yüksək inflyasiyanın ev təsərrüfatlarına və şirkətlərə ağır təzyiq göstərdiyi hesabatda enerji və ərzaq qiymətlərində davam edən kəskin artımın alıcılıq qabiliyyətinin itirilməsinə və şəxsi istehlakın azalmasına səbəb olduğu vurğulanıb.