Çin "Airbus"dan 140 təyyarə alacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çin, "Airbus-"dan 17 milyard dollar dəyərində "132 A320" və "8 A350" olmaqla 140 təyyarənin alınmasına icazə verib. “Airbus”dan verilən açıqlamaya görə, təyyarələr əvvəlcədən sifariş edilsə də, Almaniya kansleri Olaf Şolzun Çinə səfəri zamanı rəsmi razılıq əldə olunub. Çinin üç ən böyük hava yolu şirkəti "Covid-19" pandemiyasının başlanmasından bu yana ən böyük sifarişi verib. ABŞ və Çin arasındakı gərginlik və Çinin "Sıfır Covid" siyasəti kimi faktorlara görə Çin bazarından uzaq durduğu üçün razılaşma, Avropa üçün böyük bir irəliləyiş hesab edilib. Çin üçün istehsal etdiyi təyyarələri digər müştərilərinə satmağa başlayan "Boeing", investorlarına şirkətin Çin bazarı olmadan da məqsədlərinə çata biləcəyini bildirib.