"Goldman Sachs", "FED"in uçot dərəcəsinin mart ayında 5 faizə çatacağını proqnozlaşdırmışdı.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qobal bazarlar "FED"in faiz qərarına diqqət yetirərkən, sərtləşmə yolu ilə bağlı təhlil və proqnozlar qurumlardan gəlməyə davam edir.
Bu qurumlardan biri olan "Goldman Sachs", "FED"in mart ayında siyasət faizini 4,75-5 faiz aralığına qaldıracağını proqnozlaşdırmışdı. Goldman Sachs iqtisadçıları son təhlillərlə əvvəlki pik proqnozlarını 25 baza bəndi artırıblar.
"Goldman Sachs" iqtisadçıları "FED"in uçot dərəcəsi artımının fevral ayından kənara çıxacağına dair gözləntilərini üç hadisəyə əsaslandırıblar. İqtisadçıların fikrincə, "FED" maliyyə şərtlərində yetişməmiş rahatlaşma və yüksək inflyasiya, fiskal sərtləşdirmənin sona çatması və real gəlirlərin artması səbəbindən iqtisadiyyatın soyuması zərurətindən qaçmaq üçün fevral ayında faiz artımına son qoymayacaq.