Yaponiyada yerləşən oyun şirkətlərindən biri olan "Sega", ilk "blockchain" əsaslı oyununu inkişaf etdirəcəyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ən böyük Yapon oyun şirkətlərindən biri olan "Sega", oyununu təqdim etmək üçün Yaponiyada yerləşən video oyun tərtibatçısı Double Jump Tokyo ilə əməkdaşlıq etdiyini elan edib.


"Blockchain" oyununun Çin tarixinin "Üç Krallıq" dövründə qurulmuş real vaxt strategiyasına əsaslanan kart oyunu "Sangokushi Taisen"dən ilhamlanacağı açıqlanıb."Sangokushi Taisen", əsasən Yapon arkadalarında oynanan real vaxt strategiya oyunudur. Yapon "arcade" həvəskarları arasında çox məşhur olan "Sangokushi Taisen" oyununun "Sega"nın inkişafı ilə qlobal rezonans doğuracağı artıq maraq doğurub.


Adı hələ dəqiqləşdirilməyən oyun çıxışı ilə "blockchain" dünyasında yerini alacaq. "Sega", oyunun blokçeynlə əlaqəli hissələrinin eyni anda çox sayda istifadəçini dəstəkləməyi hədəfləyən blokçeyn layihəsi olan "Oasys" ilə konfiqurasiya ediləcəyini açıqladı. Layihə "Bandai Namco", "Sega", "Jump Crypto" və "Square Enix" kimi məşhur oyun nəhəngləri tərəfindən dəstəklənir.