''Amazon'' ABŞ və İngiltərədəki bütün mağazalarını bağlamaq qərarına gəlib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət niyə belə bir qərar verdiyini açıqlamayıb. Qərara əsasən, ''Amazon''un ABŞ və İngiltərədəki 68 mağazası müəyyən edilmiş qrafikə uyğun olaraq bağlanacaq.
''Amazon'' tərəfindən edilən açıqlamalarda bağlanacaq 68 mağazada çalışan işçilərin hüquqlarının qorunacağı bildirilib. Açıqlamaya görə, arzu edən işçilər müxtəlif bölmələrə yönləndiriləcək və işlərini davam etdirəcəklər.
''Amazon'' uzun müddət e-ticarət sənayesində bir nömrəli şirkət olsa da, 2015-ci il şirkət üçün bir inqilab olub. Çünki şirkət ilk dəfə 2015-ci ildə fiziki mağaza açıb. Sonrakı dövrdə bu mağazaların sayı artmağa başlayıb.