Facemark.az Bill Gates, Cek Ma və İlon Mask tərəfindən istifadə olunan 5 saat qaydasını təqdim edir:


5 saat qaydası "Empact"ın yaradıcısı Maykl Simmons tərəfindən təklif edilmişdir. Konsepsiya əslində çox sadədir: Nə qədər məşğul olmağınızdan asılı olmayaraq, hər gün ən azı bir saat (və ya həftədə beş saat) öyrənməyə ayırmalısınız.


Bu günün uğurlu liderləri Franklinin 5 saat qaydasını üç hissəyə bölərək qəbul ediblər.



1. Oxuyun: Mark Kuban və Den Gilbert ("Cleveland Cavaliers"in sahibi) kimi sərvətini özləri qazanmış milyonçular gündə bir saatdan üç saata qədər kitab oxumağa vaxt ayırırlar. İlon Mask raketlərin necə qurulacağını oxuyaraq öyrənib - bu, "SpaceX"ın qapılarını açıb. Cek Ma ("Alibaba"nın qurucusu) deyir: “Oxumaq sizə nəyisə öyrədən, həm də sizi sektora uyğunlaşdıran vərdişdir. Digərləri ilə müqayisədə kitab oxuyanlar digər sənayelərin strategiyalarını və taktikalarını anlamaqda daha bacarıqlıdırlar. Gündə ən azı bir saat oxumaq sizə çətin gəlirsə, gündə 20 və ya 30 dəqiqədən başlayın. Məsələn, mən həmişə yanımda kitab gəzdirirəm ki, dostum gecikəndə və ya həkimin qəbulunu gözləyəndə boş oturmaqdan başqa bir işim olsun. Oxumağa vaxtınız yoxdursa, səhər işə gedərkən və ya idman edərkən dinləmək üçün audiokitablar ala bilərsiniz."



2- Düşünün: 5 saat qaydasına düşünmək də daxildir. Bu, düz bir divara baxmaq və ya düşüncələrinizi bir kağız parçasına yazmaq da ola bilər. Jack Dorsey və "LinkedIn"in baş direktoru Jeff Weiner bu tendensiyanın mühüm davamçılarıdır. Nə soruşmaq istədiyinizi bilin. Hər gün özünüzə iki və ya üç sual yazın və onlara əməl edin. Məsələn, həmin gün konfransda iştirak etmisinizsə, bu gün nə öyrəndim və ya bunu işimə necə uyğunlaşdıra bilərəm kimi suallar məhsuldarlığınızı artıra bilər.



3- Cəhd edin: Ben Franklin və Tomas Edison təcrübə apararkən onları məşhur edən ixtiraları icad ediblər. Bu gün "Gmail"dən istifadə etməyimizin səbəbi "Google" şirkətinin işçilərinə yeni ideyalarını sınamaq şansı verməsidir. Cek Ma bir addım irəli getməyi və öyrəndiklərinizi real həyatda tətbiq etməyi təklif edir. Öyrənməyi vərdişə çevirdiyiniz zaman həyatınızın daha uğurlu və məhsuldar bir yolda olduğunu anlayacaqsınız. Oxumağa sərmayə qoyarkən həm özünüzü, həm də şirkətinizi təkmilləşdirəcəyindən əmin olun!