Bilirik ki, marketinqin əsas vəsifələrindən biri də marketinq araşdırmalarıdır. Bu araşdırmalara rəqiblərin araşdırılması və onların işi barədə məlumatın toplanılması da daxildir. Bəzi dünyaca məhşur şirkətlərin maraqlı qanuni və qeyri-qanuni kəşfiyyatlarına nəzər salaq.
Procter & Gamble şirkəti öz şirkətinin kəşfiyyatçılarının Unilever şirkətinin zibil yeşiklərində eşələndiyini təsdiqlədi. Belə ki, rəqib şirkət Procter & Gamble şirkətinin zibilliyindən tapılan istehsalat qalıqlarını öyrənirmiş. Kəşfiyyat obyekti olaraq Unilever şirkətinin istehsal etdiyi saç qulluğu şampunları – Salon Selectives, Finesse, Thermasilk və Helen Curtis seçilmişdir. Nəzərə çatdıraq ki, məhz bu şampunlar Procter & Gamble şirkətinin Pantene, Head & Shoulders və Pert kimi şampunları ilə rəqabət aparırlar. Kəşfiyyat çox uğurlu keçmişdi, çunki P&G şirkəti kəşfiyyatçılarının əlinə Unilever şirkətinin markaları barədə ətraflı məlumat keçmişdi. Amma belə bir kəşfiyyat barədə məlumat P&G rəhbərliyinə çatanda, rəhbərlik şok olmuşdu. Rəhbərlik proyektə son verdi, Unilever şirkətinə bu barədə məlumat verib, bu səhv üçün üzr istəyib, problemi aradan qaldırmaq üçün danışıqlara başladılar. Baxmayaraq ki, P&G şirkətinin etdiyi qeyri-qanuni sayılmırdı, amma şirkətin bəyanına görə onların etikasına xas olan hərəkət deyildi.
Bütün bu hadisələrdən sonra Unilever şirkəti genişmiqyaslı marketinq kəşfiyyatına hazırlaşmağa başladı. Şirkətin keçmiş işçisinin söylədiklərinə görə, işçilərə necə rəqib kəşfiyyatından qorunmaq və rəqiblər barədə məlumatı toplamaq yollarını öyrətdilər. “Bizi agah elədilər ki, rəqib şirkətlərin kəşfiyyatçıları hətta bizim əməkdaşlıq etdiyimiz taksi sürücüləri belə ola bilərlər.”
British Airways şirkətinin keçmiş icraedici müdiri Bob Eylinq easyJet şirkətinin banisi Stelios Hacı- İonanı görüşə dəvət edir. Bob Eylinqə yunan banisinin easyJet aviaşirkətinin effektiv büdcə tərtibini necə etməsi maraqlıymış. Hacı-İoan nəinki söhbətə razılaşıb, hətta deyilənə görə Eylinqə biznes-planını da göstərir. Bir ildən sonra British Airways şirkəti yeni proyekt “Go” haqqında elan verir. Bunu görən easyJet şirkətinin korporativ münasibətlər üzrə müdiri – “ Bu ki, easyJetin kopiyasıdır” deyir. “Birbaşa bilet satışları, ikinci dərəcəli hava limanının istifadəsi və hətta təyyarədə uçuş zamanı qəlyanaltıların satılması belə eynidir. Onlar bizim biznesin modelini oğurladılar. Bu çox effektiv kəşfiyyatdı.”
Onu da qeyd edim ki, ESOMAR(esomar.org) düzgün kəşfiyyat üçün Beynəlxalq Marketinq kodeksi və Sosial Kəşfiyyat təcrübəsi standartlarını yaratmışdır. Bu kodeksdə düzgün kəşfiyyat qaydaları barədə geniş məlumat var. Bilirik ki, informasiya- şirkətin yaşam mənbəyidir. Kəşfiyyatı belə etika və qayda-qanunla etmək gərəkdir.