Dünyanın ən yaxşı şüarı, ölüm hökmündə olan bir məhbusun son sözlərindən yaranan və "Nike"ın taleyini dəyişdirən sloqan: Just do it.”


1971-ci ildə Phil Knight və Bill Bowerman, "Blue Ribbon Sports" adlı idman ayaqqabısı şirkəti açırlar. "Blue Ribbon Sports"a yeni ayaqqabıları üçün loqo lazım idi və Phil Knight 1971-ci ildə Portland Universitetinin tələbəsi Carolyn Davidsonu saatı 2 dollara işə götürür. Davidson Swoosh kimi tanınan ikona dizayn edir və bu, şirkətin yeni loqosu olur. Davidson bu loqodan 35 dollar qazanır.


"Blue Ribbon Sports"un ilk tam ştatlı əməkdaşı və eyni zamanda idmançı olan Ceff Conson bir gecə yuxusunda yunan qələbə ilahəsi görür və şirkətin adının dəyişdirilməsini təklif edir. Onun təklifi qəbul edilərək şirkətin yeni adı "Nike" olur.


"Nike" 1980-ci illərdə yüksəlməyə başlayır. Şirkətin artan dəyəri ilə Phil Knight loqoya olan minnətdarlığını göstərmək üçün 1983-cü ildə Carolyn Davidsona "Nike"dan brilyant üzük və səhm hədiyyə edir. Lakin bütün bu yaxşı irəliləyişlərə baxmayaraq "Nike" üçün böyük bir problem yaranmağa başlayır: "Reebok".





1980-ci illərdə yüksəlişinə baxmayaraq "Nike" təsadüfi idman ayaqqabısı markası kimi görünürdü. Digər tərəfdən "Reebok"un bazar payı artır və xüsusilə bu illərdə yüksələn idman trendindən faydalanırdı. Bu problemi həll etmək üçün "Nike"1988-ci ildə "Wieden+Kennedy" reklam agentliyindən böyük bir yeni kampaniya tələb edir.


20 dəqiqəlik işdən sonra Wieden "Nike"ın yeni kampaniyasının şüarını hazır edir: "Just do it.". Ertəsi gün yeni kampaniya "Nike"a təqdim edilir və 1988-ci ilin iyulunda yeni şüarla ilk reklam kampaniyası başlayır.


Reklam kampaniyasını buradan izləyə bilərsiniz.


"Nike" yeni şüarını hər mediada istifadə edərək böyük reaksiya qazanır. Şimali Amerikada 10 il ərzində idman ayaqqabısı satışlarını 25% artıraraq satışlarını 877 milyon dollardan 9,2 milyard dollara yüksəldib. Ötən illərdə şüarın 25-ci ildönümü üçün yeni reklam çarxı da yayımlanıb.


Reklam çarxını buradan izləyə bilərsiniz.


Nike "Just do it." şüarını istifadə etməyə davam edir və hazırda 27,5 milyard dollar dəyərində dünyanın ən dəyərli idman markasıdır. O, həmçinin Wieden+Kennedy reklam agentliyi ilə də işləməyə davam edir.