Tvitterdə paylaşım edən İlon Mask bu il ödəyəcəyi verginin məbləğini açıqlayıb.


ABŞ höküməti milyarderlərin vergi məsələsi ilə bir müddətdir gündəmdədir. Hökumət yeni qanun layihəsi ilə milyarder iş adamlarından lazımi səviyyədə vergi toplamaq istəyir. Bir çox insan bu qərarı dəstəkləsə də, İlon Mask bu qərardan çox da məmnun deyil. İş adamının açıqlamasına görə ödəniləcək vergi 11 milyard dollardan çoxdur. O, "Tesla" səhmlərinin 10 faizini satmağa qərar verib. “Tarixdəki bütün amerikalılardan daha çox” ifadələrindən istifadə edən Mask bu vergi ödəməsi ilə tarixə düşəcəyini bildirib.