Amerika Psixoloji Assosiasiyasının araşdırması göstərir ki, əgər COVID-19 pandemiyası ilə bağlı stress keçirirsinizsə, kömək edə biləcək bir şey ola bilər: memlar.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, tədqiqat "Psychology of Popular Media"da dərc edilib və təxminən 750 nəfəri əhatə edib.


Tədqiqatçılar müəyyən ediblər ki, mövzudan asılı olmayaraq memlərə baxan iştirakçılar, baxmayanlara nisbətən daha çox müsbət emosiyalar bildiriblər. Tibbdə də bu vasitələrin istifadə olunması ideyası ön plana çəkilib.