"Netflix" yeni xəbər açıqlayıb.


Facemark xarici xəbərə istinadən xəbər veriri ki, sabahdan etibarən istifadəyə veriləcək "Netflix Oyunları" mobil tətbiq vasitəsilə təqdim olunacaq.
"Netflix"in oyun dünyasına daxil olacağı və platformaya xas olan oyunlarla gündəmə gələcəyi uzun müddətdir gözlənilən mövzu idi. Hazırda yalnız "Android" istifadəçiləri üçün əlçatan olan yeni "Netflix Oyunları"nda heç bir reklam və üzvlük üçün əlavə ödəniş olmayacaq. Elan edilmiş beş yeni oyunun hər birini mobil proqram vasitəsilə yükləmək mümkün olacaq. Oyunlar bir müddət sonra "iOS"a da gələcək. Həmin oyunları təqdim edirik:


  • Stranger Things: 1984
  • Stranger Things 3: The Game
  • Shooting Hoops
  • Card Blast
  • Teeter Up