Aylıq aktiv istifadəçilərinin azaldığını bildirdikdən sonra “Pinterest” səhmləri 20% ucuzlaşıb. İkinci rübün nəticələrinə görə, göstəricilər 5% azalaraq 454 milyona düşüb - birinci rübdə bu göstərici 478 milyon idi.
Facemark CNBC-ə istinadən xəbər verir ki, "Pinterest"in yalnız ABŞ-da yaşayan aylıq aktiv istifadəçilərin sayı 7% azalıb.
Şirkətin göstəricilərinin səbəbi pandemiya fonunda 2020-ci ildə qeyri-mütənasib artımla izah edilib. Sosial məhdudiyyətlər aradan qaldırıldıqdan sonra istifadəçilərin xidmətə qarşı marağı itməyə başlayıb. Eyni zamanda, “Pinterest” koronavirusun gözlənilməz təsirləri səbəbindən üçüncü rübün nəticələrini proqnozlaşdırmaqdan imtina edib.
“Pinterest”in rüblük gəliri illik müqayisədə 125% artaraq 613 dollara çatıb. Xalis gəlir 69,4 milyon dollar olub. Bundan əlavə, bir il əvvəl rüblük hesabat 100,7 milyon dollar zərər göstərib.
İyulun 1-dən etibarən “Pinterest” arıqladan məhsulların reklamlarını qadağan edib. Şirkət öz bloqunda qeyd edir ki, bu cür reklamları qadağan edən yeganə böyük platformadır və sənayenin digər üzvlərini "hamının eyni ölçüdə olmalı olmadığını qəbul etməyə" çağırır.
Daha ətraflı: “Hamı eyni ölçüdə olmalı deyil, bunu qəbul edin!” - PİNTERESTDƏN YENİLİK
Bizi Instagram, Facebook, Instagram, Telegram, YouTube və Twitter-də izləməyi unutmayın!