“Teleqram” bir çox funksiyasında dəyişikliklər edib.


Facemark tətbiqin istifadəçilərinə göndərilən xəbərə istinadən bildirir ki, indi 30-a qədər iştirakçı videokonfrans rejimində eyni vaxtda video translyasiya edə bilər. Videokonfranslar 1.000-ə qədər izləyicini əhatə etməyə başlayıb - bunun sayəsində “Telegram” vasitəsilə mühazirələrin, konsertlərin və başqa kütləvi tədbirlərin yayımına baxmaq olar. Bununla yanaşı, limitsiz sayda audio iştirakçı video konfransları yalnız dinləyə bilər.


"Videomesajlar telefonunuzda lazımsız videoları saxlamadan ətrafınızda baş verənləri qısa zamanda dostlarınızla paylaşmağa imkan verir. Bu gündən etibarən video materialların keyfiyyəti artırılıb - əgər alınan videomesaja klikləsəniz, çat söhbəti tamamilə genişlənəcək", - məlumatda deyilir.


Bundan əlavə, kompüter üçün “Web Telegram” tətbiqində şəkil redaktoru seçimi yaradılıb: hər hansı şəkli və ya ekran görüntüsünü göndərməzdən əvvəl kəsə, çevirə, üzərinə rəsm və ya stiker əlavə etmək olar.