“Virgin Galactic” 2022-ci ilin əvvəlinə planlaşdırılan ticari kosmos uçuşu üçün iki bilet hədiyyə edəcək. Facemark “Omaze”yə istinadən bildirir ki, qalib şəxs 1 nəfəri qonaq kimi yanına ala bilər.


Müraciət üçün son gün 1 sentyabrdır. Qaliblər 29 sentyabr elan olunacaq. İştirak pulsuzdur, amma ödəniş etdiyiniz təqdirdə qazanmaq şansınız arta bilər.


Keçdiyimiz günlərdə uşaqlıq xəyalı olan kosmosa uçuşu həyata keçirən Riçard Brenson şirkətin ticari uçuşlarından biri üçün 2 bilet vəd edib. O qeyd edib ki, kosmos bütün bəşəriyyət üçündür.


Həmçinin bax: Milyarder, “çılğın iş adamı” Riçard Brenson kimdir?