McDonald’s “no logo” kampaniyasına minimalist piksel art ilə davam edir.


Facemark xarici mediaya istinadən bildirir ki, reklamın əsas şüarı budur: “Səncə, kim qayıdır?”. Reklam Fransada açılan yeni restoran filialına həsr olunub.


Reklamın əsas prinsipi isə McDonald’s-ın cəsur “no logo” kampaniyasının davamı olmasıdır. Kampaniya şirkətin uzun müddətdir əməkdaşı olan “TBWA\Paris” tərəfindən hazırlanıb. Şəkillərdə menyunun ən sevilən məhsulları - frenç frayslar, Filet-o-Fish, Çizburqer və Big Mac təcəssüm olunub.


Qeyd edək ki, “no logo”, yəni loqosuz reklam kampaniyalarının hazırlanması 2013-cü ildən bəri davam edir. O vaxtdan bəri nəinki Fransadakı, eyni zamanda Almaniya və Böyük Britaniya restoran filiallarında da eyni reklam strategiyası qorunur.