“Display Supply Chain Consultants (DSCC)” bu gün ən yeni OLED Hesabatında bildirib ki, Apple ilk OLED iPad-ni 2023-cü ildə satışa çıxaracaq.


Facemark xəbər verir ki, OLED iPad haqqında çıxan şaiyələrin əksəriyyətin modelin 2022-ci ildə çıxacağını bildirsə də, ekspertlərin proqnozu bir qədər fərqlənir.


Apple analitiki Ming-Chi Kuo qeyd edir ki, yeni model “iPad Pro”ya deyil, “iPad Air”ə bənzəyəcək.


OLED texnoloji alətlərinin qiyməti xeyli yüksəkdir. Bu günə qədər iPhone və Apple Watches kimi kiçik cihazlarla məhdudlaşmasının əsas səbəbi də budur. ‌iPad‌ modelləri üzərində baş tutacaq bu əməkdaşlıq daha yaxşı parlaqlıq, daha yüksək kontrast, daha dərin qara tonlar və daha geniş baxış bucağı gətirəcək.