ABŞ-da 37 ştat antimonopoliya qaydalarını pozmaq ilə əlaqədar Amerikanın texnologiya nəhəngi “Google”a qarşı məhkəmə iddiası qaldırıb.


Facemark bildirir ki, iddia Kaliforniyadakı federal məhkəməyə verilib. Məhkəməyə müraciətin səbəbi texnologiya nəhənginin “Google Play” tətbiq mağazasına korporativ nəzarət etməsidir.


Belə ki, şirkət tətbiqetmə daxilində elektron malların və xidmətlərin satışından 30% komissiya tutur.