Sosial şəbəkələr canlı orqanizmlərə bənzəyirlər: onlar kimi doğulur və yavaş-yavaş böyüyürlər. Instagram da bu canlı orqanizmlərdən biridir. 2020-ci ildə Instagramda ciddi dəyişikliklərin olduğu hamımıza məlumdur, bu da şəbəkə istifadəçilərinin, o cümlədən profillərini böyütmək istəyən müəssisələrin imkanlarını genişləndirdi. Artıq markalarda həsəf auditoriyası ilə qarşılıqlı əlaqə qurmaq üçün imkanlar və şanslar da çoxalır.


Facemark “Retail.ru”ya istinadən bildirir ki, marketoloq İqor Volkov 2021-ci ilin son trendləri barədə sayta açıqlama verib.


Mağazalar üçün yeni xüsusiyyətlər


Instagram elektron alış-veriş təcrübəsini genişləndirməyə davam edir. 2020-ci ilin payızında müəssisələr tətbiqdə yeni bir ödəmə sisteminə giriş əldə etdilər. Hələlik bu, ABŞ-ın müvafiq şirkətləri və mağaza sahibləri üçün əlçatandır, lakin 2021-ci ildə hər kəsə təqdim ediləcəyi gözlənilir.



IGTV videoları üçün avtomatik alt yazılar


Avtomatik alt yazılar yüksək potensiala sahib xüsusiyyətdir. Onların köməyi ilə marketinq tapşırıqlarını yerinə yetirərək hədəf istifadəçilərlə effektiv qarşılıqlı əlaqə qura bilərsiniz.


Bir çox istifadəçi videoya səssiz baxır: bu, Instagramdakı videolar üçün səciyyəvi xüsusiyyətdir. Siz səsi açmamış, video səssiz davam edir. Altyazılar isə məzmunu asanlıqla başa düşməyə kömək edir. Eşitmə məhdudiyyəti olan insanlar üçün subtitrların tək üsul olduğunu da unutmamaq lazımdır.



Facebookdakı “Rights Manager” artıq həm də Instagramdadır


Müəllif hüquqları ilə qorunan şəkilləri tapmağınıza kömək edən vasitə ilə qarşınızdayıq. Sosial şəbəkəyə göndərilən hər hansı bir foto məzmunu üçün vizual axtarış funksiyası təqdim edir və müəllifləri hüquqların pozulması barədə xəbərdarlıq edir.


Bu xüsusilə fotoqraflar, dizaynerlər, kulinariya bloqerləri üçün faydalı funksiyadır - bildiyiniz kimi, müəllif hüquqları qorunmadan şəkillərindən ən çox istifadə edilən şəxslər onlardır.


Postlarınıza açıqlama yazanda artıq daha rahatsınız


Instagram, əlbəttə ki, vizual məzmun üzərində ixtisaslaşan şəbəkədir. Ancaq sözlər, mətnlər də vizuallar qədər vacibdir. İzləyiciləriniz üçün faydalı, qısa və savadlı bir məzmun yaratmaq önəmlidir. Hər paylaşılan fotonun arxasında bir hekayə olmalıdır - bu 2021-ci ilin tendensiyasıdır.


Əvvəllər əgər səliqəli bir mətn üçün çətinliklər var idisə, artıq siz mətni yazanda paraqraflar arasında boşluq qoya, başlıqları ayıra bilərsiniz.


Mətnlərin məzmununda nələr trenddədir deyə soruşsanız, lifehacklər, şəxsi təcrübələr, endirim elanları, əyləncəli hekayələr, suallara cavablar və sairə insanların diqqətini cəlb edən məzmunlardandır.



Diqqətli və qayğılı istehlak


Ekologiya və resurslarının rasional paylanması son illərdə tendensiyaların əsas mövzusudur. Ətraf mühit kampaniyası aparmaq bizneslər üçün faydalıdır: planetə və şirkətin nüfuzuna kömək edəcək addımdır. “Dünyanı xilas etmək” lazım deyil - öz fəaliyyətimiz çərçivəsində resurslara qənaət etmək üçün bir yol tapmaq kifayətdir. Məsələn “Starbucks” plastik məhsulların istifadəsini 1 milyard azaltmağa söz verib.



Feedinizin göz oxşayan dizaynı


Ola bilər ki, şəkilləri kefinizə, əhvalınıza uyğun paylaşırsınız, amma feed dediyimiz ümumi profil görüntüsü də insanlar, xüsusilə də, bir biznes profiliniz varsa, müştərilər üçün çox önəmlidir. Onlar buna xüsusi diqqət yetirməsələr də, bu haqda düşünməsələr də, əmin olun ki, profilinizə girəndə feedinizin səliqəsi və uyğunluğu onların ilkin təəsüratlarına ciddi təsir edir.



Aktiv keçid linki


“Link bioda”, “Bioqrafiyadakı linkə klikləyin” kimi sözləri, demək olar ki, hər gün hekayələrdə görürük. Bəli, görürük, çünki bu, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib.


Bioqrafiyanızda daim aktiv və işlək olan linkin mövcud olması insanların marağını cəlb edə bilər və sizin profilinizdə çox vaxt keçirmək istəməyən insan üçün belə maraqlı gələ bilər.