Yeni platforma 200 min saatdan çox video məzmununa və 100-dən çox məşhur kino/televiziya brendinə sahib olacaq.
Facemark.az xəbər verir ki, “Discovery” CEO-su David Zaslav öz nitqində bunları qeyd edib: ““Warner Brothers” 98 ildir möhtəşəm kontent yaradır. Yeni şirkət “Brothers” adlanmağa davam edəcək, çünki Warner Bros. video materiallara əlavə etdiyi kreativ yanaşması ilə seçilir”. CEO eyni zamanda bildirib ki, şirkətin sloqanı “Malta Şahini” adlı filmindən referans olan “Xəyalların ibarət olduğu şey” ("What dreams are made of”) olacaq.
“AT&T” və “Discovery” bu il 17 may tarixində WarnerMedia və Discovery-in yeni ortaq şirkət üçün sənədlər imzaladığını bildirsə də, yeni şirkətin adı 1 iyuna qədər gizli qaldı.
“Warner Bros. Discovery” təxminən 200.000 saatlıq proqram təminatı ilə dünyanın ən geniş kitabxanalarından birinə sahib olacaq. Yeni şirkətin müqavilələri arasında “HBO”, “Warner Bros.”, “Discovery”, “DC”, “CNN”, “WB Games”, “Turner Sports”, “Cartoon Network” və“Turner Classic Filmləri” də daxil olmaqla 100-dən çox məşhur kanal var.