İstehsalçılar “Nestle” məhsullarının 60%-nin sağlam pəhriz tələblərinə cavab vermədiyini açıqlayıb. Ən yüksək qiymət şirkətin su və gündəlik məhsullarına verilsə də, şirin portağal içkisi ən aşağı balla qiymətləndirilib.


Facemark.az “Financial Times”a istinadən bildirir ki, öz rəhbərləri üçün tərtib olunan təqdimatda şirkət məhsullarının yarıdan çoxunun sağlam qida olmadıqlarını bildirib. Bəzi məhsulların həmin kateqoriyaya daxil olması üçün yenilik nəzərdə tutulmayıb.


Heyvanlar üçün yemək, uşaq yeməkləri və qidalarını bir tərəfə qoysaq, “Nestle” məhsullarının 37%-i Avstraliya sağlamlıq reytinq sisteminə 3,5 bal alıb. Məhsullarının 70%-i: içkilərin 96%-i (qəhvə istisna olmaqla) və qənnadı məhsullarının 99%-i bu bariyeri aşa bilməyib.


Qeyd edək ki, "Nestle"nin illik gəlirlərinin təxminən yarısı (92,6 mlrd. İsveçrə frankı –102,87 mlrd. ABŞ dolları) məhz sözügedən məhsulların satışından əldə olunur.