1991-ci ildə Kembric Universiteti ilk veb kamerasını yaratdı. Bu inqilabi addımın səbəbi isə ofisdəki bütün qəhvəni kimin içdiyini aşkar etmək idi. Bilirsiniz də, ən önəmli hadisələr belə əhəmiyyətli səbəblər üçün baş verib.


30 il sonra bu gün video iclas bazarı milyonlarla dollara bərabərdir. Bu bazardakı inkişafın səbəbi onlayn iclas alətlərinin iş dünyası üçün əvəzolunmaz olduğunu sübut etmiş olmasıdır.


Şirkətlər artıq dünyəviləşir və evdən işləmək hazırda normal hala çevrilib. Bu hal işçilərin video konfrans köməyi ilə işə sadiq qalması səbəbilə güclənib. Dolayı yolla, video konfransların hər bir şirkət üçün ən önəmli məsələlərdən biri olduğunu deyə bilərik.


Hazırda video konfranslar üçün dünyaca məşhur olan əsas 2 proqram var: "Zoom" və "Discord".


Bəs bu iki platforma nə ilə fərqlənir, hansı daha yaxşıdır? Facemark.az bu məqalədə bu sualların cavabını araşdıracaq.



Discord qurucları Jason və Stan tərəfindən video oyunlar oynayanda dostlarla danışmaq, dünyanın hər yerindən dostluqlar yaratmaq üçün yaradılan bir platformadır. 2015-ci ildən bu yana fəaliyyətdə olan Discord insanların video söhbətlərinə və mesaj kanallarına qoşulmağını asanlaşdıran platformalardan birinə çevrildi. Tətbiq 2020-ci ilin iyun ayından bu yana xüsusi yüksəlmə yaşayır. Bununla da yalnız video oyun platforması olmaqdan başqa bir çox məqsədlər üçün istifadə edilə bilən məcraya çevrilib.


Bir çox insan Zoom-un bir neçə ay içində trafik partlayışı yaşadığını deyir. Amma onların uğurları doqquz ildir ki, özünü büruzə verir. “Cisco” mühəndisi və rəhbəri Eric tərəfindən 2011-ci ildə qurulan Zoom əvvəllər yalnız korporativ müştərilərlə “BT” dəstəyi olan böyük şirkətlərlə işləyirdi.


Pandemiyanın təsiri ilə birgə Zoom 2020-ci ildə xüsusi bir proqres yaşadı. Bəzi təhlükəsizlik problemləri ilə qarşılaşmasına baxmayaraq hələ də güclü platformalardan biridir, video konfrans mövzusunda isə liderliyini saxlamağa davam edir.



Təhlükəsizlik


Discord istifadəçilərin təhlükəsizliyinə son dərəcə yüksək qiymət verməyi ilə diqqəti cəlb edir: sildiyiniz mesajlar bir dəfəlik yox olur, şəkil gönərəndə həmin fayl PhotoDNA tərəfindən baxılır, səs kanallarında gizlilik yüksək dərəcədə müdafiə olunur.


Bu platformada ayrıca “bug mükafatı” da mövcuddur. Yəni hansısa istifadəçi proqramın təhlükəsizlik və gizlilik baxımından hansısa yanlışı, boşluğu olduğunu fərq edib onlara bildirirsə, maddi, yaxud onlayn hədiyyələrlə mükafatlandırılır.


Discorddan fərqli olaraq, Zoom-un təhlükəsizlik məsələləri ilə bağlı yaranan problemləri artıq hər kəsə bəllidir. Keçən il xeyli sayda şikayətdən sonra bu mövzu üzərində ciddi işləyən şirkət artıq paylaşılan kontentləri AES 256 şifrələmə ilə kodlayır.



Video konfranslar


Discord-da görüntülü söbhbət birbaşa mesajlaşma bölümündən, yaxud müəyyən bir kanal üzərindən həyata keçirilir. Bir web kamera ilə ekranınızı paylaşa bilər, yaxud öz görüntünüzlə söhbətə qoşula bilərsiniz. Yaxın zamana qədər canlı yayımlarda bir ekran paylaşımını ən çox 10 nəfər görə bilirdi, amma artıq bu say 50-ə çatıb. Discord eyni zamanda kompüterdə açıq olan pəncərələrdən hansının izləyicilərə nümayiş olunmasını da seçmək üçün sizə seçimlər verir.


Zoom-a gəldikdə isə, hə, internet gücünüz yaxşıdırsa, Zoom sizin üçün hələ də ideal ola bilər. Konfransın iştirakçıları daha kiçik iclaslar düzəldə bilər, əlavə otaqlardan istifadə edə bilər. Və şübhəsiz ki, iclasınızı arxivdə saxlamaq üçün qeydə ala bilərsiniz.


Discord-un əksinə Zoom təhsil sahəsində olan insanların və tələbə/şagirdlərin istifadə edə bilməsi üçün yazı hissələri də təqdim edir. Həm Zoom-da, həm də Discordda eyni anda bir neçə insan öz ekranlarını paylaşa bilər.


Bəs hansı daha yaxşıdır: Zoom, yoxsa Discord? Söhbət etmək və video/səs istifadə etmək istəyirsinizsə, Discord sizin üçün ən uyğun vasitədir. Digər yandan Zoom ciddi iclaslar və konfranslar üçün nəzərdə tutulur. Hər iki tətbiq də günün tələbinə cavab verən və öz növlərinin ən yaxşıları kimi biznes dünyasına özünü tanıtmış proqramlardır. Məqsədinizə, ehtiyaclarınıza və büdcənizə bağlı olaraq Zoom, ya da Discord-u seçə bilərsiniz.