20 mayda Twitter öz istifadəçilərinin illər ərzində əldə etmək istədiyi “mavi tik”i almaq üçün müraciət edə biləcəklərini açıqlayıb. Profiliniz lazımlı tələblərə cavab verirsə, bu, olduqca sadə və bəsit proses olacaq.
Çox həyəcanlanmadan əvvəl onu da qeyd edək ki, Twitter çərşənbə günü mətbuat konfransı təşkil edib.
Şəbəkə funksiyanın hər kəsin istifadəsinə verilməsinin bir neçə həftə çəkə biləcəyini də deyib. Seçimi hələ görmürsünüzsə, ümidinizi itirməyin - tezliklə orada olacaq.
Twitter profilinizi təsdiqləmək üçün telefon tətbiqində “Sazlamalar və gizlilik” > “Hesab” > “Təsdiqlənmə istəyi” > “İstəyə başla”.
Daxil olduqda hesabınızla bağlı bir sıra suallara cavab verməyiniz tələb olunur. Məsələn, hesabınız Twitter-in hazırda təsdiq etdiyi altı geniş hesab kateqoriyasından birinə aiddirmi?
- Aktivist, təşkilatçı və ya influenser;
- Şirkət, marka və ya təşkilat;
- Əyləncə fiquru və əyləncə qrupları;
- Dövlət rəsmisi və ya filial;
- Jurnalist və ya xəbər təşkilatı;
- Peşəkar idmançı və ya e-idman müəssisəsi.
Hansı kateqoriyanın sizə aid olduğunu seçdikdən sonra daha çox məlumat tələb olunur. Çərşənbə günü jurnalistlərə təqdim olunan test nümunəsində peşəkar bir idmançının öz komandasına keçid verə biləcəyi qeyd edildi. Yəni, bu üsulla doğrudan da rəsmi idmançı olduğunuzu bildirirsiniz.
Bu addımlardan sonra şəxsiyyətinizin rəsmiliyini sübut etməlisiniz. Twitter şəxsiyyət vəsiqəsi, rəsmi bir e-poçt adresi və ya "Twitter hesabınıza birbaşa keçid edən" veb sayt yazmağınızı tələb edir.
Şəxsiyyət vəsiqənizi sayta yerləşdirmək narahatdırsa, bunun əvəzinə kim olduğunuzu sübut edən təsdiqlənmiş e-poçtunuzdan istifadə edin. Məsələn, peşəkar idmançı nümunəsinə qayıdaq, yuxarıdakı siyahıda həmin şəxs olduğunuzu sübut etmək üçün e-poçt adresiniz, YourName@SportsTeam.com-dan istifadə edə bilərsiniz.
Bunu etdikdən sonra bütün məlumatlarınızın xülasə ekranı və "Daxil et" düyməsini klikləmək fürsəti təqdim olunacaq.
Bir-dörd həftə ərzində bir məktub alacaqsınız (müddət uzunluğu, sizdən öncə növbədə olan neçə nəfərin olmasından asılıdır). Bu elektron məktubla formun cavabını öyrənəcəksiniz. Twitter müraciətinizi təsdiq edərsə, profilinizdə mavi tik görünəcək.


